Trampın 400 milyon dollarlıq ziyafət zalı tikintisinə məhkəmə qadağası
ABŞ-də federal apellyasiya məhkəməsi Tramp administrasiyasının Konqresin icazəsi olmadan Ağ Evdə ziyafət zalı tikə bilməyəcəyi barədə qərar çıxarıb. Hadisələr.info xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə administrasiyanın Ali Məhkəməyə müraciət edə bilməsi üçün öz qərarının icrasını 2 həftə müddətinə dayandırdığını açıqlayıb.
Vaşinqton Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar Prezident Donald Trampın 400 milyon dollarlıq ziyafət zalı tikintisini dayandırmalı olduğunu gösterir. Məhkəmənin 3 hakimindən 2-si Trampın Ağ Evdə belə bir zal inşa etməsi üçün “əvvəlcə Konqresdən icazə almalı olduğunu” vurğulayaraq, tikintinin dayandırılmasına hökm edib.
Çünki dövlət mülkiyyətində olan tarixi binalarda irimiqyaslı yenidənqurma və tikinti işlərinin aparılması qanunverici hakimiyyətin səlahiyyətlərinə daxildir. Həmçinin icra hakimiyyətinin belə layihələri müstəqil şəkildə həyata keçirməsi hüquqi baxımdan yolverilməz hesab edilir.
Müvafiq qərarda hakimlər iddia ilə çıxış edən tarixi abidələrin mühafizəçilərinin mövqeyini dəstəkləyiblər: “Nəhəng bir ziyafət zalının tikilib-tikilməyəcəyinə qərar vermək Konqresin vəzifəsidir və icra hakimiyyətinin təkbaşına qəbul edə biləcəyi bir qərar deyil”.
Lakin məhkəmə administrasiyanın ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verə bilməsi üçün öz qərarını 2 həftəlik müddətə dondurub.
Bundan başqa, aprelin 16-da yerli məhkəmə sözügedən ziyafət zalının tikintisinin dayandırılması barədə qərar qəbul etmiş, Tramp administrasiyası isə bu qərardan apellyasiya şikayəti vermişdi.
No Comment! Be the first one.