Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv etməyə başladı
Türkiyə aviaşirkətləri Rusiyanın hava məkanındakı vəziyyətlə əlaqədar Moskva istiqamətindəki reysləri ləğv edir.
hadiseler.info xəbər verir ki, son 24 saat ərzində Moskvanın üç hava limanında 77-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.
“Pegasus” aviaşirkəti Moskvaya nəzərdə tutulan reysləri ləğv edərək, havada olan iki təyyarəsini geri qaytarıb. PC1456 Bodrum-Moskva reysinin sərnişinləri bildiriblər ki, minik zamanı aviaşirkət nümayəndələri ləğv qərarını “hava məkanı vəziyyəti” ilə əsaslandırıblar. Şirkət əməkdaşları “Nə gözləyəcəyimizi bilmirik, türkiyəli həmkarımız uçuşları qadağan edir” ifadələrini işlədiblər. PC1576 Antalya-Moskva reysi Litva üzərindən, PC1521 İzmir-Moskva reysi isə Türkiyəyə geri dönüb.
Aviasiya risklərini qiymətləndirən “Osprey Flight Solutions” şirkəti Moskva və Sankt-Peterburq daxil olmaqla, Rusiya ərazisinin dərinliklərinə hücumların qaçılmaz olacağı, habelə HHM sistemlərinin hədəfləri səhv müəyyənləşdirmə riski barədə aviaşirkətlərə xəbərdarlıq edib.
Məsələ ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib. Rusiya prezidenti Vladimir Putin bu təhdidi “dövlət terrorizmi” adlandırıb. Rusiyanın nəqliyyat naziri Nikitin isə bəyan edib ki, Rusiya mülki aviasiya əməliyyatlarında ciddi pozuntulara yol verməyəcək.
No Comment! Be the first one.