Türkiyədə bələdiyyə sədrinin müavini qəzada həlak oldu
İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrinin müavini Dündar Ziya Gültekin ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, hadisə günorta saatlarında Anadolu magistralında qeydə alınıb. Yağış səbəbindən sürüşkən olan yolda üç avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı ağır yaralanan D.Gültekin xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda həmçinin qeyd olunub ki, bələdiyyə sədrinin müavini qəza anında infarkt keçirib.
No Comment! Be the first one.