Türkiyənin Konya vilayətində yük avtomobili qırmızı işıqda dayanan nəqliyyat vasitələrinə çırpılıb.
Hadisələr.info xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.
Məlumata əsasən, fəlakət nəticəsində 1 nəfər həyatını itirib, 9 nəfər isə xəsarət alıb.
İlkin ehtimallara görə, Konya istiqamətində hərəkətdə olan yük avtomobilinin əyləc sistemi sıradan çıxıb. İdarəetməni itirən sürücü qarşı yola keçərək işıqforda dayanan iki minik maşınına, bir yüngül kommersiya nəqliyyatına və başqa bir yük avtomobilinə çırpılıb.
Hadisə bölgəsinə dərhal xilasetmə, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Əzilmiş nəqliyyat vasitələrində sıxılıb qalan yaralılar çıxarılararaq xəstəxanalara çatdırılıb.
Faktla bağlı rəsmi istintaq aparılır.
No Comment! Be the first one.