Türkiyədə helikopter qəzaya uğradı
Türkiyənin Giresun vilayətində elektrik infrastrukturu sahəsində iş aparan helikopter qəzaya uğrayıb.
hadiseler.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, hadisə vilayətin Piraziz rayonu ərazisində qeydə alınıb. Yüksək gərginlik xətlərində texniki baxış və təmir işləri yerinə yetirən helikopterin düşmə səbəbi hələlik məlum deyil.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub, araşdırma aparılır.
No Comment! Be the first one.