Türkiyədə “Süleymançılar”a ağır zərbə: 12 nəfər saxlanıldı
Türkiyədə “Süleymançılar” kimi tanınan Alihan Kurişin cinayət dəstəsinə qarşı keçirilən əməliyyatın ikinci dalğasında daha 12 şübhəli saxlanılıb.
hadiseler.info “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən araşdırmalar çərçivəsində dəstənin maliyyə şəbəkəsi və gizlənən üzvləri bəlli olub. Bu çərçivədə İstanbul, Konya, Mersin və Muğla vilayətlərində eyni vaxtda təşkil edilən əməliyyatlar zamanı aralarında təşkilat rəhbərləri, xəstəxana və İT şirkətlərinin keçmiş rəsmilərinin də olduğu şəxslər tutulub.
Xatırladaq ki, təriqətin lideri Alihan Kuriş avqustun 13-də evindəki gizli bölmədə saxlanılaraq avqustun 16-da məhkəmə qərarı ilə həbs edilib.
No Comment! Be the first one.