Türkiyədə xəstəxanada yanğın baş verdi – VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən mühüm tibb müəssisələrindən biri olan Koşuyolu Tədris və Araşdırma Xəstəxanasında yanğın qeydə alınıb.
hadiseler.info xəbər verir ki, ölkənin Asiya hissəsində yerləşən və ölkə miqyasında ən iri kardiologiya mərkəzlərindən biri olan xəstəxananın dam örtüyündə alov püskürüb.
İlkin məlumatlara görə, yanğın poliklinikanın əlavə korpusunda baş verib. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub və xilasedicilər alovun söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Təhlükəsizlik tədbiri olaraq xəstəxanada qalan xəstələrin təxliyəsinə başlanılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib, yanğının başvermə səbəbləri isə araşdırılır.
No Comment! Be the first one.