Türkiyədə avtomobilin üzərindəki “meyit və qan ləkələri” polisi hərəkətə keçirdi
Türkiyənin Eskişehir şəhərində üzərində qan ləkələrinə bənzər izlər və meyit fiquru olan avtomobil polisin diqqətini çəkib.
hadiseler.info İHA-ya istinadən xəbər verir ki, qeyri-adi görünüşü olan nəqliyyat vasitəsi həm yoldan keçənlərin, həm də patrul polisi əməkdaşlarının diqqətini cəlb edib. Aparılan araşdırma zamanı avtomobilin hər hansı real cinayət hadisəsi ilə əlaqəsinin olmadığı üzə çıxıb.
Məlum olub ki, avtomobil sosial media üçün kontent hazırlamaq məqsədilə bu cür dizayn edilib. Qeyri-adi dizaynıyla diqqət çəkən avtomobilin sahibi və kontent yaradıcısı izahat vermək üçün polis bölməsinə aparılıb.

No Comment! Be the first one.