Ukrayna Rusiyanın strateji hərbi zavodunu vurdu
Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kamenski Kombinat” müəssisəsinə uğurlu zərbə endirib.
hadiseler.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb. Hücum nəticəsində strateji obyektin ərazisində güclü yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Qeyd edək ki, sözügedən kombinat Rusiya müdafiə-sənaye kompleksinin mühüm müəssisələrindən biri hesab olunur. Burada “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəşi sistemlərinin sursatları, həmçinin müxtəlif raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edilir.
No Comment! Be the first one.