Ukraynanın Nikolayev şəhərində güclü partlayış: Bir neçə vilayətdə hava həyəcanı
Ukraynanın cənubunda yerləşən Nikolayev şəhərində partlayış baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç “Telegram” kanalı vasitəsilə məlumat yayıb. Mer şəhərdə güclü partlayış səsinin eşidildiyini təsdiqləyib.
Hadisə ilə əlaqədar Nikolayev vilayəti də daxil olmaqla, Dnepropetrovsk, Kirovoqrad, Odessa, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində hava həyəcanı siqnalı elan edilib.
No Comment! Be the first one.