Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin YENİ TƏFƏRRÜATLARI
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır qətl hadisəsinin yeni təfərrüatları məlum olub.
hadiseler.info xəbər verir ki, qanlı insident toy məclisindən çıxan şəxslər arasında baş verib.
Məclisdən qayıdan Şərif Nərimanov, Elmin Əminov və onun qardaşı Rahib Əminov ilə Vüqar Şirinzadə arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək əlbəyaxa davaya çevrilib və V.Şirinzadə üzərində gəzdirdiyi bıçaqla hər üç şəxsə xəsarət yetirib.
Kəsici-deşici alətlə vurulan xəsarətlər nəticəsində Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov hadisə yerindəcə həyatını itirib. Digər iki yaralı isə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vüqar Şirinzadə saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
No Comment! Be the first one.