Vanuatu sahillərində 6,1 bal gücündə zəlzələ
Vanuatu sahillərində 6,1 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
hadiseler.info xəbər verir ki, seysmoloji məlumatlara əsasən, yeraltı təkanların episentri Port-Olri şəhərindən 57 kilometr şimalda yerləşib.
Məlumata görə, zəlzələnin ocağı yerin 188 kilometr dərinliyində təsbit edilib. Dağıntı və ya tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
No Comment! Be the first one.