Vüqar Zifəroğlu: “Mətbuat Şurasının yeni İdarə Heyəti müasir çağırışlara hazırdır”
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu jurnalistlərə müsahibəsində qurumun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə açıqlama verib.
hadiseler.info xəbər verir ki, V.Zifəroğlu yeni İdarə Heyətinin müasir dövrün çağırışlarına yüksək səviyyədə cavab verəcəyini vurğulayıb.
“Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək”, – deyə Mətbuat Şurasının sədri bildirib.
Ötən dövrün dinamikasını dəyərləndirən V.Zifəroğlu qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən mərhələdə Şuraya ünvanlanan şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur:
“Mətbuat Şurasına daxil olan bütün şikayətlər diqqətlə araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Şuranın fəaliyyəti üçün münbit şəraitin yaratdığı imkanlar sayəsində gələcəkdə şikayətlərin daha da azalacağı, hətta tamamilə aradan qalxacağı gözlənilir”.
No Comment! Be the first one.