Xalq artisti Faiq Ağayevə ağır itki üz verdi
Xalq artisti Faiq Ağayevin köməkçisi Elçin uzun sürən xəstəlikdən sonra vəfat edib.
hadiseler.info xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək üzüntüsünü bölüşüb.
“15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı. Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik… Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!”, — deyə mətndə qeyd olunub.
No Comment! Be the first one.