Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya köçürüldü
Xalq artisti Şükufə Yusupovanın müalicəsi başqa səhiyyə müəssisəsində davam etdirilir.
hadiseler.info Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1954-cü il təvəllüdlü sənətkar daha ixtisaslı tibbi xidmət almaq məqsədilə avqustun 24-də Yeni Klinikaya təxliyə olunub.
TƏBİB-dən verilən məlumata görə, hazırda aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti stabil kimidir.
No Comment! Be the first one.