Xocalıda mina partlayışı: ANAMA əməkdaşı yaralandı
Xocalı rayonunun Daşkənd kəndi ərazisində minalardan təmizləmə əməliyyatları zamanı bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, sentyabrın 10-da agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlayışı qeydə alınıb. Partlayış nəticəsində Anar Həsənov sol ayağından xəsarət alıb.
Yaralanan əməkdaş dərhal rayon xəstəxanasına təxliyə edilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
No Comment! Be the first one.