Xviça Kvaratsxeliyanın dizindəki ön çarpaz bağları qopub
Fransanın PSJ klubunun gürcüstanlı ulduz futbolçusu Xviça Kvaratsxeliya ağır zədələnib. Oyunçunun sağ dizindəki ön çarpaz bağlarının qopduğu təsdiqlənib.
hadiseler.info xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı hücumçunun yaxın günlərdə cərrahi əməliyyat olunacağı bildirilir. Zədənin dərəcəsini nəzərə alaraq, Xviçanın uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində İspaniya nəhəngi “Barselona”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda zədələnərək meydanı tərk etməli olmuşdu.
No Comment! Be the first one.