Yaponiyada güclü zəlzələ: Yaralıların sayı artıb
Böyük Tokio zonasında baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatır.
hadiseler.info TASS-a istinadən xəbər verir ki, avqustun 23-nə keçən gecə qeydə alınan yeraltı təkanlar zamanı sakinlər müxtəlif dərəcəli xəsarətlər alıblar, iki nəfərin vəziyyəti isə ağırdır.
Təbii fəlakət paytaxtın infrastrukturuna da ciddi zərər vurub. Su borularının partlaması səbəbindən küçələri su basıb, 460-dan çox mənzil işıqsız qalıb və çoxsaylı binalarda liftlərin hərəkəti avtomatik dayandırılıb.
Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin ocağı İbaraki prefekturasında, 68 km dərinlikdə yerləşib.
No Comment! Be the first one.