Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Fatih Tekke “Trabzonspor”dan istefa verdi
ABŞ-də təyyarə təcili eniş zamanı alovlandı-VİDEO
Şəkidə yol qəzası: 3 nəfər xəsarət aldı
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Fatih Tekke “Trabzonspor”dan istefa verdi
ABŞ-də təyyarə təcili eniş zamanı alovlandı-VİDEO
Şəkidə yol qəzası: 3 nəfər xəsarət aldı
Siyasət

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

Avqust 26, 2026
14 Views

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

hadiseler.info xəbər verir ki, Ziroatxon Mirziyoyeva məktubunda Mehriban Əliyevaya doğum günü münasibətilə ən səmimi arzularını çatdıraraq belə deyib:

“Əziz və hörmətli Mehriban xanım.

İcazə verin, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Qəlbi ən gözəl keyfiyyətlərlə, bənzərsiz zəriflik və sonsuz xeyirxahlıqla dolu olan Sizin kimi bir insanla yaxın dostluğumu və səmimi münasibətlərimi son dərəcə dəyərli hesab edirəm.

Sizin ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanıb. Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Sizinlə bu yaxınlarda baş tutan görüş, həmçinin əbədi şəhər Buxarada birlikdə keçirdiyimiz məhsuldar və sevincli saatlar qəlbimdə ən isti və parlaq təəssürat buraxıb.

Uzun illər ərzində əsl bacı yaxınlığına əsaslanan münasibətlərimizin övladlarımız arasında, indi isə nəvələrimiz arasında da davam etməsi məni səmimi-qəlbdən sevindirir.

Əminəm ki, ortaq dəyərlərə və zəngin mədəni irsə əsaslanan əlaqələrimiz ölkələrimiz və qardaş xalqlarımız arasında dostluq bağlarını bundan sonra da yeni məzmunla zənginləşdirəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulayıram. Qoy nəcib arzularınız qardaş Azərbaycan xalqının rifahı naminə daim yüksək nailiyyətlərə və uğurlara gətirib çıxarsın”.

Tags:

AzərbaycanMehribanƏliyevaÖzbəkistanSiyasətTəbrikZiroatxonMirziyoyeva

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Donald Tramp: “ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq”

Next

Laçında “İkinci həyat” sərgisinin açılışı olub

Next
Avqust 26, 2026

Laçında “İkinci həyat” sərgisinin açılışı olub

Previous
Avqust 26, 2026

Donald Tramp: “ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq”

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar olub
Ayla
Avqust 27, 2026
Dünya
Ağ Ev: Hazırda ABŞ və İran arasında danışıqlar aparılmır
Ayla
Avqust 27, 2026
Siyasət
Paşinyan: “Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər”
Ayla
Avqust 27, 2026
Hadisə
Moskvada Azərbaycan Səfirliyinin qonaq evi önündə təxribat törədilib-VİDEO
Ayla
Avqust 27, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Fatih Tekke “Trabzonspor”dan istefa verdi
Avqust 28, 2026
ABŞ-də təyyarə təcili eniş zamanı alovlandı-VİDEO
Avqust 28, 2026
Şəkidə yol qəzası: 3 nəfər xəsarət aldı
Avqust 28, 2026

Top kateqoriyalar

Dünya 377
Hadisə 211
Siyasət 173
İdman 156

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya