UEFA Millətlər Liqası: Türkiyə Belçikaya uduzdu, İtaliya Fransa ilə bərabərə qaldı
UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində növbəti matçlar keçirilib.
hadiseler.info xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda Türkiyə millisi səfərdə Belçikaya 0:3 hesabı ilə məğlub olub. Qrupun digər oyununda isə Fransa və İtaliya yığmaları 1:1 hesablı heç-heçəyə razılaşıblar. 3 turdan sonra 7 xalı olan Fransa qrupa başçılıq edir.
Qrup matçlarının nəticələri və xal durumu:
A Liqası (1-ci qrup)
Belçika – Türkiyə 3:0
Fransa – İtaliya 1:1
(Xal durumu: Fransa – 7, Belçika – 6, İtaliya – 4, Türkiyə – 0)
B Liqası
2-ci qrup: Macarıstan – Gürcüstan 1:0, Ukrayna – Şimali İrlandiya 0:3
(Xal durumu: Şimali İrlandiya – 7, Ukrayna – 4, Macarıstan – 4, Gürcüstan – 1)
4-cü qrup: Bosniya və Herseqovina – İsveç 1:1, Polşa – Rumıniya 6:0
(Xal durumu: İsveç – 7, Bosniya və Herseqovina – 5, Polşa – 4, Rumıniya – 0)
C Liqası
2-ci qrup: Kipr – Ermənistan 2:0, Latviya – Monteneqro 1:2
(Xal durumu: Monteneqro – 9, Kipr – 4, Ermənistan – 3, Latviya – 1)
3-cü qrup: Qazaxıstan – Moldova 1:2, Farer adaları – Slovakiya 1:1
(Xal durumu: Slovakiya – 7, Moldova – 4, Farer adaları – 3, Qazaxıstan – 1)
No Comment! Be the first one.