Dünya çempionatı: Camal Qamzatxanov mübarizəyə QƏLƏBƏ İLƏ BAŞLADI
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının 7-ci günündə cüdoçumuz Camal Qamzatxanov ilk görüşünü qələbə ilə başa vurub.
hadiseler.info xəbər verir ki, kişilər arasında ağır çəkidə (+100 kq) mübarizə aparan idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə qarşılaşıb.
C.Qamzatxanov rəqibini ipponla vaxtından əvvəl məğlub edərək 1/16 finala yüksəlib. O, növbəti mərhələdə Xorvatiya idmançısı Nikita Svirid ilə üz-üzə gələcək.
Qeyd edək ki, gün ərzində Azərbaycan millisinin digər üzvləri – Madina Kaisinova (+78 kq), Uşanqi Kokauri (+100 kq) və Kənan Nəsibov (+100 kq) da tatamiyə çıxacaqlar.
No Comment! Be the first one.