“İçərişəhər”–”Həzi Aslanov” xəttində birbaşa hərəkət bərpa olunur
“Bakı Metropoliteni” QSC sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatarların hərəkət sxemində mühüm dəyişiklik edir.
hadiseler.info xəbər verir ki, yakın vaxtlarda “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına köçürmə etmədən birbaşa getmək mümkün olacaq.
Ləğv edilən “Həzi Aslanov – Əhmədli” mənzilindəki hərəkət rejimi sayəsində xətt üzrə intervalsız və daha rahat gediş-gəliş təmin ediləcək.
Qəbul edilən yeni hərəkət qrafikinə əsasən, Qırmızı xətdə qatarlararası interval:
Pik saatlarda: 2 dəqiqə;
Digər vaxtlarda: 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Bu addım xüsusilə səhər və axşam saatlarında stansiyalarda yaşanan sərnişin sıxlığının aradan qaldırılmasına böyük töhfə verəcək.
No Comment! Be the first one.