“Karvan-Yevlax” heyətini qapıçı Rüstəm Samiqullinlə gücləndirib.
“Karvan-Yevlax” qapıçı Rüstəm Samiqullini transfer edib.
Hadisələr.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Verilən məlumata görə, Yevlax təmsilçisi 23 yaşlı qolkiperlə müqavilə imzalayıb. Razılaşmaya əsasən, gənc qapıçı 2026/2027 mövsümünün sonuna qədər komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu bundan əvvəl “Cəbrayıl” klubunda forma geyinib. Komanda rəhbərliyi yeni transferin qapı xəttində rəqabəti artıracağını və mövsüm ərzində uğurlu çıxış edəcəyini gözləyir.
No Comment! Be the first one.