“Sabah”dan növbəti transfer: Amerikalı çempion hücumçu Bakıda
Azərbaycanın “Sabah” basketbol klubu heyətini yeni amerikalı legionerlə gücləndirib. Paytaxt təmsilçisi Evan Bruinsmanı rəsmən rənglərinə bağlayıb.
hadiseler.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 202 sm boya malik təcrübəli forvardla 1 illik müqavilə imzalanıb.
34 yaşlı hücumçu karyerası ərzində Zəngin Avropa təcrübəsinə malikdir. O, Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.
Bruinsmanın karyerasındakı əsas uğurlar:
Niderland: “Donar” klubu ilə ölkə çempionluğu və ölkə kuboku
Macarıstan: “Falko Sombathey” komandası ilə ölkə çempionluğu və ölkə kuboku
Beynəlxalq təcrübə: FIBA Avropa Kuboku və Çempionlar Liqası matçları
No Comment! Be the first one.