“Monako” fransalı ulduz Pol Poqba ilə müqaviləni ləğv edib
hadiseler.info xəbər verir ki, Fransanın “Monako” komandası təcrübəli yarımmüdafiəçi Pol Poqba ilə yollarını ayırıb.
Klubun rəsmi bəyanatına əsasən, tərəflər 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Komanda rəhbərliyi 2018-ci ilin dünya çempionuna göstərdiyi peşəkarlığa görə təşəkkürünü bildirib.
2025-ci ilin yayından “Monako” formasını geyinən Pol Poqba zədələr və digər səbəblərdən ötən mövsüm cəmi 6 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu qarşılaşmalarda qol və ya məhsuldar ötürmə ilə yadda qala bilməyib.
No Comment! Be the first one.