ABŞ-də dəhşətli atışma: 2 nəfər həlak oldu, 9 yaralı var
ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən silahlı insident nəticəsində azı 2 nəfər həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, avqustun 30-da yerli vaxtla saat 00:25 radələrində polisi xəbərdar ediblər ki, şəhərin məhəllələrindən birində atışma baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış 11 nəfər aşkarlayıblar.
Yaralılardan 2-si polis əraziyə çatana qədər hadisə yerində vəfat edib. Xəsarət alan digər 9 nəfər isə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Cinayətin törədilmə motivləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.