AFFA-da iki şöbə rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki departament rəhbəri vəzifəsindən azad edilib.
hadiseler.info xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.
Kadr dəyişikliyi barədə məlumat federasiya tərəfindən rəsmən təsdiqlənib. Şöbə rəhbərlərinin hansı səbəbdən vəzifədən azad olunduqları barədə hələlik heç bir məlumat verilmir.
No Comment! Be the first one.