Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu oldu
Azərbaycan boksçusu Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatında böyük uğura imza ataraq qızıl medal qazanıb.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəmilə Muradlı turnirin həlledici final qarşılaşmasında almaniyalı rəqibi Aliya İbrahim ilə üz-üzə gəlib.
Milli komandamızın üzvü döyüşün bütün raundlarında üstünlük nümayiş etdirərək rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə tam üstünlüklə məğlub edib və Avropa çempionu tituluna yiyələnib.
Cəmilə Muradlının bu qalibiyyəti ilə milli yığmamızın Avropa çempionatındakı medallarının sayı 4-ə çatıb. Qeyd edək ki, bundan əvvəl boksçularımızdan Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medala sahib olublar. Gün ərzində daha 4 idmançımızın final döyüşünə çıxacağı gözlənilir.
No Comment! Be the first one.