Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib
hadiseler.info Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, boksçumuz Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal qarşılaşmasında Türkiyə təmsilçisi Furkan Avara üstün gələrək adını həlledici mərhələyə yazdırıb. Əli Baxışov çempionluq döyüşündə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.
Çempionatda mübarizə aparan digər təmsilçimiz Bannuçiçək Nəsirli isə 48 kq çəki dərəcəsində yarımfinalda İrlandiya idmançısı Ellen Coysa məğlub olaraq Avropa çempionatının bürünc medalına yiyələnib.
No Comment! Be the first one.