Azərbaycanda 10 min manat əməkhaqqı ilə işçi axtarılır
gƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) iş arayanlar üçün minlərlə yeni iş imkanı yaradılıb. Hazırda sistemdə müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.
Hadisələr.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, portaldakı vakansiyalar üzrə təklif edilən ən yüksek əməkhaqqı 10 000 manat təşkil edir. Bununla yanaşı, sistemdə təqdim olunan ən aşağı əməkhaqqı məbləği isə 400 manatdır. Bu göstəricilər ölkənin əmək bazarında həm yüksək ixtisaslı mütəxəssislərə, həm də digər sahələrə böyük tələbatın olduğunu göstərir.
İşsiz və işaxtaran şəxslər vakansiyalara necə müraciət edə bilərlər?
Müvafiq vakansiyalara müraciət etmək istəyən işsiz və ya işaxtaran şəxslər Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.
Mərkəzlərdə fəaliyyət göstərən peşəkar karyera məsləhətçiləri tərəfindən müraciət edən şəxsin məşğulluq imkanları və bacarıqları qiymətləndirilir. Aparılan qiymətləndirmənin nəticəsinə uyğun olaraq vətəndaşlara tam münasib vakansiyalar təqdim edilir və onların müraciəti sistemdə qeydə alınır.

No Comment! Be the first one.