Bakıda 8 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir
Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət oktyabrın 16-sı saat 23:00-dan etibarən qüvvəyə minəcək.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, yol təmiri səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək:
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutlar: Metronun “Azadlıq prospekti” stansiyası və əks istiqamətdə hərəkət Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi şosesi, daha sonra isə mövcud hərəkət sxemi üzrə təşkil olunacaq.
108A və 147 nömrəli marşrutlar: Metronun “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkət 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz Aytmatov küçəsi ilə təmin ediləcək. Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha sonra isə öz mövcud sxemi üzrə hərəkət edəcəklər.
No Comment! Be the first one.