Bakıdakı “Formula 2” yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda keçiriləcək “Formula 2” turniri üçün genişləndirilmiş həftəsonu formatını təsdiqləyib.
hadiseler.info xəbər verir ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi 27 Sentyabr Anım Günü ilə üst-üstə düşməməsi üçün bazar günündən şənbə gününə keçirilib. Bu dəyişikliklə əlaqədar F2-nin 12-ci mərhələsi də yeni cədvələ uyğunlaşdırılıb və mövsümdə bir həftəsonunda iki əsas yarışın keçiriləcəyi yeganə mərhələ olacaq.
Yarış həftəsonunun cədvəli aşağıdakı kimi müəyyənləşdirilib:
Cümə axşamı: Səhər 45 dəqiqəlik sərbəst məşq sessiyası, günortadan sonra isə ardıcıl iki 20 dəqiqəlik sıralanma sessiyası baş tutacaq.
Cümə günü: Sprint yarışı və ilk əsas yarış keçiriləcək.
Şənbə günü: Səhər “Formula 1” yarışından əvvəl ikinci əsas yarış təşkil olunacaq.
Çempionatın lideri Nikola Tsolov Bakı yarışına Rafael Kamaradan 7 xal öndə başlayır, Qabriele Mini isə üçüncü pillədə qərarlaşıb. Hər iki əsas yarışda qələbəyə görə 25 xal, eləcə də ən sürətli dövrə və poul mövqelərinə görə əlavə xallar veriləcəyi üçün bu format çempionat mübarizəsində həlledici olacaq.
“Formula 2″nin baş direktoru Bruno Mişel Bakı Şəhər Halqasının hər zaman möhtəşəm yarışlar təqdim etdiyini və təşkilatçılarla birgə azarkeşlər üçün əyləncə səviyyəsini artırmaq amacıyla bu unikal qərarı verdiklərini bildirib. Qətər və Əbu-Dabi mərhələlərində isə standart formata qayıdılacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
No Comment! Be the first one.