“Bitcoin” və “Ethereum” kəskin bahalaşdı
Kriptovalyuta bazarında son 24 saat ərzində nəzərəçarpan yüksəliş qeydə alınıb.
hadiseler.info xəbər verir ki, “CoinMarketCap” platformasının göstəricilərinə əsasən, “Bitcoin”in qiyməti sutka ərzində 7,44% artaraq 69 066 ABŞ dollarına çatıb.
Əsas altkoinlərdən olan “Ethereum”da isə daha kəskin sıçrayış baş verib — qiymət 17,52% artaraq 2 244,8 dolları ötüb. Bununla yanaşı, BNB 623,99 dollara (+3,75%), Zcash 552,76 dollara (+9,51%), Monero isə 426,82 dollara (+4,29%) yüksəlib.
Bazardakı ümumi canlanma nəticəsində kriptovalyutaların ümumi kapitallaşması son sutkada 7,27% artaraq 2,35 trilyon ABŞ dollarına çatıb.
No Comment! Be the first one.