Ərdoğan 12 ölkəyə yeni səfir təyin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sərəncamlarla 12 ölkədəki diplomatik nümayəndəliklərə yeni səfirlər təyin olunub.
hadiseler.info xəbər verir ki, qərarlar Türkiyənin “Rəsmi qəzet”ində (Resmi Gazete) dərc olunaraq qüvvəyə minib.
Sərəncama əsasən diplomatik təyinatlar aşağıdakı kimidir:
Finlandiya: Ayşə Hilal
Şimali Makedoniya: Alpər Aktaş
Burundi: Heydər Kərəm Divanlıoğlu
Filippin: Kaan Esener
Bəhreyn Krallığı: Necati Sancaktutan
Oman Sultanlığı: Hüseyn Ergani
Namibiya: Fikriyə Əsli Güven
Koreya Respublikası: Fateh Yıldız
Sudan: Fəxri Türker Oba
Somali: Fərhad Alkan
Qambiya: Özgür Gökmən
Mozambik: Ayça Oşafoğlu İnam
Qərarla həmçinin Türkiyənin Burundidəki səfiri Alp İşıklı və Şimali Makedoniyadakı səfiri Fateh Ulusoy vəzifələrindən geri çağırılıblar.
No Comment! Be the first one.