Ermənistan intizamı bərpa etmək üçün qadın hərbçiləri ön xəttə göndərir
hadiseler.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi orduda nizam-intizamı möhkəmləndirmək məqsədilə qadın hərbi qulluqçuları ön xəttə ezam etməyi planlaşdırır.
Qonşu ölkə mətbuatının verdiyi məlumata görə, müdafiə naziri Suren Papikyan orduda kriminal meyllərə və nizamnamədənkənar münasibətlərə qarşı mübarizə aparmaq üçün xüsusi zabit qruplarının sərhəd zonalarına göndərilməsinə qərar verib. Bu adımla qeyri-döyüş şəraitində artan ölüm və intihar hallarının qarşısının alınması hədəflənir.
Bildirilir ki, komandirlərin zəif nəzarəti səbəbindən artıq bəzi yüksəkrütbəli hərbçilər 1-2 aylıq müddətə sərhədə göndəriliblər. Yeni qərara əsasən, bu proses yalnız kişi zabitlərə deyil, həm də yüksəkrütbəli qadın hərbi qulluqçulara şamil olunacaq.
No Comment! Be the first one.