“Evdə tək 2” filminin ulduzu Tim Karri vəfat etdi
“Evdə tək 2”, “Rokki Horrorun film şousu” və “O” kimi dünyaca məşhur film və seriallardakı unudulmaz rolları ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri məlumat yayıb.
Bildirilib ki, son vaxtlar əlil arabasında hərəkət edən məşhur aktyor keçirdiyi insultdan sonra Los-Ancelesdə vəfat edib. Karri “Rokki Horrorun film şousu”nda doktor Frenk-n-Ferter, 1990-cı ilin “O” mini-serialında kloun Pennivayz və “Evdə tək 2” komediyasında hotel qapıçısı rolları ilə tamaşaçıların yaddaşında dərin iz buraxmışdı.
No Comment! Be the first one.