“Fənərbaxça” “Turan Tovuz”a qalib gəldi
Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
hadiseler.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Milli komandalara dəvət alan futbolçuların iştirak etmədiyi matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci yarıda üstünlüyü ələ alan İstanbul klubu 59-cu dəqiqədə Nqolo Kantecin qolu ilə hesabı açıb. 74-cü dəqiqədə isa Çağrı Balta “Fənərbaxça”nın ikinci qoluna imza ataraq yekun hesabı müəyyənləşdirib — 2:0.
Xatırladaq ki, komandalar ilk dəfə 1994-cü ildə UEFA kubokunda üz-üzə gəliblər və həmin oyunlarda da Türkiyə təmsilçisi qələbə qazanmışdı (5:0, 2:0).
No Comment! Be the first one.