Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?
Bu il Azərbaycanda iqtisadi artımın 1.3%, gələn il isə 2.3% olacağı gözlənilir.
Hadiseler.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bu il qeyri-neft ÜDM-in 2.8%, gələn il isə 4.3% olacağı proqnozlaşdırılır:
“9 ayda iqtisadi artım 1.5% olub. Sentyabrın sonuna olan rəqəmlərə əsasən, qeyri-neft ÜDM-in artımı isə 2.6% təşkil edib. Qeyri-neft ÜDM-in artımına əsas töhfə verən sahələr sırasında turizm, ticarət, rabitə və digər sektorlar yer alır. Bizim proqnozlarımız nikbindir. Xüsusilə bu il üçün proqnozlar yuxarı doğru reviziya olunub”, – deyə Taleh Kazımov qeyd edib.
No Comment! Be the first one.