Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanıldı
Niderlandın Haaqa şəhərində ifrat sağçı hərəkatların keçirdiyi nümayiş iğtişaşlar və polislə şiddətli toqquşmalarla nəticələnib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın miqrasiya siyasətinə qarşı təşkil olunan aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiya nümayiş etdirən 24 nəfər saxlanılıb.
Nümayişçilər polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atmağa başlayıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və atlı polis dəstələri cəlb olunub. Asayiş keşikçiləri kütləni meydandan uzaqlaşdırmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq ediblər.
Aksiyanın əvvəlində şəhər mərkəzində yürüşə icazə verilsə də, toqquşmalar başladıqdan sonra Haaqanın bir hissəsində fövqəladə rejim tətbiq olunub və yürüş qadağan edilib. Saxlanılan şəxslər polisə tabe olmamaqda və qanunsuz silah gəzdirməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, Niderlandın Baş naziri Rob Yetten iğtişaş törədənləri qəsdən polislə toqquşmaya can atmaqda və güc strukturlarının əməkdaşlarına qarşı zorakılıq etməkdə ittiham edib.
No Comment! Be the first one.