“Hall Siti” “Çelsi”nin qazaxıstanlı futbolçusu Dastan Satpayevi transfer etmək istəyir
İngiltərə Premyer Liqasının yeni təmsilçisi “Hall Siti” “Çelsi”yə məxsus qazaxıstanlı hücumçu Dastan Satpayevi heyətinə cəlb etmək niyyətindədir. Hadisələr.info xəbər verir ki, bu barədə “The Sportzine” nəşri məlumat yayıb.
Premyer Liqaya yüksələn klub 17 yaşlı gənc hücumçunun 2026/2027 mövsümündə icarəyə götürülməsi ilə bağlı London təmsilçisinə rəsmi müraciət edib.
“Çelsi” rəhbərliyi futbolçunun daha çox oyun təcrübəsi qazanması üçün icarə variantlarını dəyərləndirir. İlkin plana görə Satpayevin Fransanın “Strasburq” klubuna icarəyə verilməsi nəzərdə tutulsa da, “Hall Siti”nin təklifi prosesin gedişatını dəyişə bilər.
Transferin detalları
Dastan Satpayev avqustun 12-də 18 yaşını tamamladıqdan sonra rəsmən “Çelsi”nin futbolçusu statusunu qazanacaq. London klubu bu keçid üçün 2.4 milyon avro tazminat ödəyib.
No Comment! Be the first one.