İsrail Qəzzada polis idarəsinə zərbə endirdi- 9 nəfər həlak oldu
hadiseler.info xəbər verir ki, İsrail hərbi hava qüvvələrinin Qəzza şəhərində yerləşən bələdiyyə polisinin qərargahına endirdiyi zərbə nəticəsində 9 fələstinli həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücum zamanı həlak olanlar arasında səkkiz polisin, həmçinin yaxınlıqda bulunan 13 yaşlı bir qızın olduğu bildirilir. Paralel olaraq Qəzzanın mərkəzində yerləşən Nüseyrat qaçqın düşərgəsinə endirilən digər hava zərbəsi nəticəsində də bir nəfər həlak olub.
Səhiyyə qurumlarının yaydığı məlumata əsasən, keçən ilin oktyabr ayında razılaşdırılan atəşkəsdən bəri bölgədə 1200-dən çox fələstinli və 4 İsrail hərbçisi həyatını itirib.
No Comment! Be the first one.