Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini saxlanılıb
hadiseler.info xəbər verir ki, Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Mudraya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncamla İrina Mudrayanı tutduğu vəzifədən azad edib. Qərarda azad olunmanın konkret səbəbləri açıqlanmayıb.
Məlumata görə, İrina Mudraya hazırda Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunda aparılan istintaq hərəkətlərinə cəlb olunub və barəsində təcridxana qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.