Beynəlxalq aviauçuşların növbəti il bahalaşacağı gözlənilir
hadiseler.info xəbər verir ki, Yaxın Şərqdə davam edən münaqişə uzanacağı təqdirdə beynəlxalq aviauçuşların qiymətində əhəmiyyətli artım qeydə alına bilər.
Təhlilçilərin hesabatına əsasən, qiymət artımı cari ilin sonlarından etibarən özünü göstərməyə başlayacaq və təchizat problemləri davam edərsə, gələn il aviabiletlər 10 faizə qədər bahalaşacaq.
Qiymət artımının əsas səbəbi kimi Hörmüz boğazı vasitəsilə enerji resurslarının ixracında yaşanan axsamalar və bunun nəticəsində aviasiya yanacağının kəskin bahalaşması göstərilir. Aviaşirkətlərin hedcinq strategiyaları və qabaqcadan bronetmə sistemləri səbəbindən xərclərin artması son qiymətlərə bir neçə ay sonra təsir edəcək.
No Comment! Be the first one.