“Real Madrid” Bernardo Silva üçün təqdimat mərasimi keçirib
hadiseler.info xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu yeni transferi Bernardo Silva üçün rəsmi təqdimat mərasimi təşkil edib.
Tədbir klubun təlim-məşq bazasında baş tutub. Mərasimdə Madrid təmsilçisinin prezidenti Florentino Peres portuqaliyalı yarımmüdafiəçiyə uğurlar arzulayıb. Bernardo Silva İspaniya klubu ilə iki illik müqaviləyə imza atıb. Tədbirin sonunda futbolçuya xüsusi hədiyyələr və 20 nömrəli forma təqdim olunub.
32 yaşlı təcrübəli yarımmüdafiəçi bu yay “Mançester Siti”dən ayrılaraq Madrid klubunun heyətinə qoşulub. O, yeni komandasında 20 nömrə altında mübarizə aparacaq.
No Comment! Be the first one.