İstanbulda avtobus yandı: Ölənlər və yaralananlar var
Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılaraq alışıb.
İddiaya görə, qəzaya yağışlı hava səbəbindən yolun sürüşkən olması və sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, biri ağır olmaqla 8 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Ətrafdakıların xəbərdarlığı əsasında əraziyə dərhal yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar ilk müdaxilədən sonra xəstəxanaya çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.