İtaliya millisinin sabiq futbolçusu vəfat edib
İtaliya futbolunun əfsanəvi simalarından biri, milli komandanın və “İnter” klubunun keçmiş hücumçusu Sandro Matsola dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə Milan təmsilçisi rəsmi məlumat yayıb.
Sabiq futbolçu 83 yaşında həyatını itirib.
Xatırladaq ki, S.Matsola 1960–1977-ci illər ərzində “İnter”in şərəfini qoruyaraq keçirdiyi 567 rəsmi matçda 162 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub. O, həmçinin İtaliya milli komandasının heyətində meydana çıxdığı 70 oyunda 22 dəfə fərqlənməyi bacarıb.
No Comment! Be the first one.