Misli Premyer Liqasında həyəcanı: “Neftçi” və “Turan Tovuz” meydana çıxır
Misli Premyer Liqasında II turun oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
hadiseler.info xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionundakı görüş saat 18:30-da start götürəcək.
Günün ikinci matçında isə “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyunun başlama vaxtı 20:45-dir.
Xatırladaq ki, turun bu günə planlaşdırılan “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları klublarımızın avrokuboklardakı gərgin qrafiki səbəbindən təxirə salınıb.
No Comment! Be the first one.