Moskva və Kiyevdə əsas müzakirə mövzusu bu oldu
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı iş adamı Cared Kuşner Moskva və Kiyevdə diplomatik danışıqlar aparıblar.
hadiseler.info “Financial Times”a istinadən verdiyi məlumata görə, amerikalı nümayəndələr son danışıqlardan sonra baş verən dəyişiklikləri nəzərə alan yenilənmiş sənədlər təqdim ediblər. Sözügedən sənədlərin fevral ayında sülh danışıqlarının dalana dirənməsindən sonra baş verən şərtlərə uyğun olaraq yenidən işləndiyi bildirilir.
Məlumata əsasən, Uitkoff və Kuşner danışıqlara az sayda yeni ideya gətirsələr də, Kiyev və Moskva arasındakı fikir ayrılıqlarını azaltmaq üçün əvvəlki təkliflərin müzakirəsini yenidən canlandırmağa çalışıblar. Səfər zamanı əsas müzakirə mövzusunun Donbasın ərazi məsələsi olduğu iddia edilir.
Ümumilikdə isə nümayəndələrin bu diplomatik turnesinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində hələ ki ciddi irəliləyişə səbəb olmadığı vurğulanır.
No Comment! Be the first one.