Prezident: Azərbaycan-ABŞ əlaqələri 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşıb
Azərbaycan-ABŞ əlaqələri iki ölkə arasındakı 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşıb. Hadisələr.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirib.
Dövlət başçısı məktubda iki ölkə arasında əldə olunmuş bu böyük nailiyyəti xüsusi vurğulayıb. Prezident İlham Əliyev strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinə görə Donald Trampa şəxsən öz adından və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığını ifadə edib.
Strateji tərəfdaşlıqda yeni mərhələ
İki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
No Comment! Be the first one.