“Qarabağ” heyətini iki yeni futbolçu ilə gücləndirir-FOTOLAR
Azərbaycan çempionu “Qarabağ” yay transfer pəncərəsində daha iki yeni oyunçunun keçidini rəsmiləşdirməyə hazırlaşır.
hadiseler.info xəbər verir ki, Ağdam təmsilçisi nigeriyalı sol vinger Taofik İsmahil və hücumameyilli almaniyalı yarımmüdafiəçi Reda Xadra ilə razılıq əldə edib.
26 yaşlı nigeriyalı Taofik İsmahilin müqavilə hüquqları Polşanın “Qurnik Zabje” klubuna məxsusdur. O, ötən mövsümü icarə əsasında “Lex”də keçirib və bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 oyunda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyanın U-19 və U-21 yığmalarında da forma geyinmiş Reda Xadra isə Fransanın “Reyms” klubunun müqaviləli futbolçusudur. Hücumun hər iki cinahında və mərkəzində oynamaq qabiliyyətinə malik 23 yaşlı yarımmüdafiəçi son mövsümü icarə qaydasında Liqa 1 təmsilçisi “Havr”da keçirərək 8 matçda iştirak edib.

Hər iki futbolçunun artıq Bakıda olduğu və yaxın vaxtlarda rəsmi müqavilələrin imzalanacağı gözlənilir.
No Comment! Be the first one.